PSJ-nin və Fransa millisinin keçmiş baş məşqçisi Loran Blan karyerasını Barselonada davam etdirə bilər. Komandanın İspaniyada titulsuz qalmasından sonra Kike Setyenin istefası gündəmdən düşmür. Yerli medidada yayılan xəbərlərdə Barselonanın idman direktoru Erik Abidal məhz həmyerlisini klubun baş məşqçisi vəzifəsinə gətirməyə çalışır. 54 yaşlı mütəxəsis 2016-cı ildə PSJ-nin baş məçşqçi postunu tərk edəndən sonra işsizdir.
Xartırladaq ki, Loran Blan 1996-1997-ci illər mövsümündə Barselonada çıxış edib. O, 1 il ərzində 38 oyuna çıxıb və 1 qol vurub. Baş məşqçi postu ətrafında söz söhbətlərin davam etdiyi bir vaxtda Kike Setyen öz işindədir. O, futbolçulara 1 həftəlik istirahət verib. Bu ayın sonunda isə komanda yenidən təlim məşq toplanışına başlayıb, UEFA çempionlar Liqasına hazırlaşacaq. Xatırladaq ki, 1/8 final mıərhələsində keçiriləcək Barselona – Napoli matçı avqustun 8-nə təyin edilib.