İtaliya A Seriyasında 35-ci tur başlanıb. “Atalanta” minimal hesablı qələbə ilə çempionluq şanslarını davam etdirib. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” isə “Sassuolo”nu məğlub edib.
İtaliya A Seriyasının 35-ci turunda “Atalanta” “Bolonya”nı qəbul edib. Görüşdə yalnız 1 qol vurulub. Meydan sahiblərindən Luis Murielin dəqiq zərbəsi qələbə üçün kifayət edib. Qalib gələn “Atalanta” 74 xalla ikinci pilləyə yüksələrək çempionluq şanslarını davam etdirib.
“Sassuolo” – “Milan” matçında bütün qollar ilk hissədə vurulub. Hesabı 19-cu dəqiqədə Zlatan İbrahimoviç açıb. Fasilə ərəfəsində komandalar daha 2 dəfə fərqləniblər. Françesko Kaputo tarazlığı bərpa edib. Ruhdan düşməyən qonaqlar çox keçmədən yenidən irəli çıxıblar. İbrahimoviç dubl edib. 2:1 hesabı ilə qələbə qazanan “Milan” 59 xalla ilk beşliyi tamamlayır. 48 xalı olan “Sassuolo” 8-cidir.