“Fənərbağça” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Komanda bu dəfə Superliqa təmsilçilərindən “Sivasspor”un yarımmüdafiəçisi Mert Hakan Yandaşla anlaşıb. Yaxın günlərdə futbolçu ilə müqavilə imzalanacağı bildirilib.
Qeyd edək ki, xəbəri ilk öncə “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay verib. Təcrübəli mütəxəssis Mərt Hakan Yandaşla yanaşı heyətin bəzi üzvlərinin də transfer planlarından danışıb. Belə ki, o, digər yarımmüdafiəçi Emre Kılıncın “Qalatasaray”a, müdafiəçi Fatih Aksoyun isə “Beşiktaş”a yollanacağını deyib.