“Barselona”nın prezidetnliyinə namizəd Viktor Fond klubun siyasətini tənqid edib.
O, komandanın getdikcə nüfuzunu itirəcəyindən də ehtiyat edir: “Son illər Avropada rəqabət peşəkar müstəviyə qədəm qoyub. Premyer liqada klubların necə idarə olunduğunu görürsünüz. Hətta bəzi ölkələr belə hansısa futbol klubuna böyük sərmayə qoyur. Biz bu işlə məşğul olmasaq, “Barselona” “Milan” və “Mançester Yunayted” səviyyəsinə düşə bilər". Xatırladaq ki, bu mövsüm “Barsa” La liqada 2-ci yeri tutacaq. Sona bir tur qalmış “Real” çempionluğu rəsmiləşdirib.