Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt” heyətini gücləndirir. Klub 2 futbolçusu ilə müqaviləni yeniləyib. Qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlov növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

    Qeyd edək ki,2017-ci ildən “Sumqayıt”da çıxış edən Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib.