Braziliyada Ri de Janeyro ştatınının çempionatı, “Karioka” liqasında qalib müəyyənləşib. Bu pandemiya dövründə Cənubi Amerika zonasında keçirilərək çempionu müəyyənləşən ilk yarış kimi tarixə düşüb.

Turnirin finalında ölkənin ən köklu 2 klubu “Flamenqo” və “Fluminense” üz-üzə gəlib. Rəqib meydanında 2:1 hesablı qələbə qazanan “Falamenqo” futbolçuları cavab görüşündə qalib gəliblər.  Görüşün taleyini Vitinyonun vurduğu qol həll edib. Bununla da “Flamenqo” tarixində 36-cı dəfə Rio da Janeyro ştatının çempionu olub. Klub bu nominasiyada rekordçudur. Finalda uduzan “Fluminense” isə 31-ci dəfə fəxri mükafata yiyələnib.

    Qeyd edək ki, ötən ildən “Flamnenqo”ya baş məşqçi təyin edilən Jorje Jesus kluba 5-ci titulu qazandırıb. O, buna kimi komanda ilə ölkə daxilində braziliya çempionuluğunu və super kubokunu əldə edib.

    Bundan başqa libertadores kubokunda da qalib gələn “Flamenqo” cənubi amerikanın superkuboku tituluna da sahib çıxıb.