Kriştianu Ronaldu növbəti mövsüm də “Yuventus”da qalacaq.
Bu barədə İtaliyanın nüfuzlu “Tuttosport” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, portuqaliyalı futbolçu Turin klubundakı gələcəyinə inanır və iş yerini dəyişmək haqda fikirləşmir. İndiki məqamda Ronaldunun əsas məqsədi “Qızıl buts” mükafatını qazanmaqdır.
Xatırladaq ki, buna qədər Kriştianunun “Yuventus”u tərk etmək istədiyi ilə bağlı xəbərlər dolaşırdı. Onun hətta “Çelsi”yə keçəcəyi ilə bağlı şayiələr də yayılmışdı.