"Sabah" klubu baş məşqçisi Jelko Sopiçlə yolları ayırıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmişdi. Jelko Sopiçin Masazır təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.