Avropa Liqasında mübarizə aparacaq "Keşlə" Sezar Meza Kollini heyətdə saxlamaq üçün danışıqları davam etdirir. 

Bakı təmsilçisi son mövsümdə icarə əsasında oynatdığı paraqvaylını yenidən icarəyə götürməkdə maraqlıdır. "Keşlə" 2019/20 mövsümündə olduğu kimi, Sezara yalnız maaş vermək, onun xidmətində maraqlı olmayan klubunu - Rumıniya "Universitatya Krayova"sını isə pulsuz razı salmağa çalışır. Bu təkliflə çıxış edən bakılılar hələ ki, qarşı tərəfdən müsbət cavab almayıb. 

Qeyd edək ki, AFFA-nın Sezar Meza Kollini milliləşdirməsi də gündəmdədir.