“Qəbələ”nin futbolçusu Qismət Alıyev “Neftçi”dən təklif alıb.

Bu barədə müdafiəçinin özü məlumat verib. Bölgə klubunun gənc futbolçusu qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib: "Neftçi" ilə danışıqlar olub, amma hazırda hansısa razılıq mərhələsinə gəlməmişik. "Qəbələ" mənə çox doğmadı. 11 ildi burada çıxış edirəm. Rəhbərliklə danışıb, hər şeyi götür-qoy edib qərar verəcəm. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək".