"Keşlə" yeni mövsüm üçün ikinci transferini həyata keçirib. Klubun saytının xəbərinə görə, paytaxt təmsilçisi "Sumqayıt" dan ayrılan Şəhriyar Əliyevi transfer edib. 27 yaşlı müdafiəçinin müqavilə şərtləri açıqlanmayıb. "Bakı" nın yetirməsi "Qarabağ" və "Kəpəz"də də çıxış edib.
O, bu mövsüm 16 oyun keçirib. Növbəti mövsüm üçün medallar uğurunda mübarizə aparacaq.