“Maklaren” şirkəti Formula 1 komandasının səhmlərinin bir hissəsini satmaq istəyir.
Britaniyanın “Sky Sports” telekanalının məlumatına görə, şirkət bu yolla pandemiya dövründə üzləşdiyi maliyyə böhranından yaxasını qurtarmaq fikrindədir. İndiki məqamda, komandanın səhmlərinin 20-30 faizinin satılacağı planlaşdırılır. Belə olsa “Maklaren” 10 milyonlarla dollar xeyir götürə bilər. Həmçinin komandanın çempionluq uğrunda yarışda imkanlarının qismən artacağını gözləmək də olar.