Nyu-Yorkun qubernatoru Endryu Kuomo bu mövsüm Birləşmiş Ştatların tennis üzrə açıq çempionatının keçiriləcəyini elan edib.

Turnir plana əsasən avqustun 31-də başlayacaq və sentyabrın 13-də yekunlaşacaq. Kuomo təşkilatçıların təhlükəsizliklə bağlı sərt tədbirlər görüləcəyini də bildirib. Onun sözlərinə görə, tennisçilər turnir boyunca müntəzəm olaraq testdən keçəcək və onların qalacağı ərazi daim dezinfeksiya olunacaq. Onlara xüsusi nəqliyyat vasitəsi ayrılacaq və paltardəyişmə otağında sosial məsafə qaydası tətbiq ediləcək.

Xatırladaq ki, Novak Cokoviç başda olmaqla bəzi tennisçilər belə şərtlər altında çıxış etməyin əleyhinə olduqlarını bildirib.