UEFA avrokubok mövsümünü başa vurmağın müxtəlif variantlarını nəzərdən keçirib.

İtaliya mətbuatının məlumatına görə, UEFA Çempionlar Liqasının qalan hissəsi ilə bağlı qərar verib. Oyunlar Lissabonda "səkkizlər finalı" formatında keçiriləcək. 1/4 final avqustun 12-dən 15-dək, yarımfinal 18-dən 19-dək, final isə avqustun 23-də keçirilməlidir. Püşakatma iyulda Nyonda olacaq. 1/8 finalın "Yuventus" – "Lion" və "Barselona" - "Napoli" görüşləri müvafiq olaraq avqustun 7-si və 8-də Turin və Barselonada keçiriləcək.  "Mançester Siti" – "Real" və "Bavariya" – "Çelsi" görüşlərinin məkanı isə hələ dəqiqləşməyib. Yeni qərara əsasən İstanbulun bu il deyil, gələn il keçiriləsi Çempionlar Liqası finalına ev sahibliyi edəcəyi vurğulanıb. 2021/2022 mövsümünün finalı Sankt-Peterburqda olmalıdır.

Bundan başqa, UEFA Superkuboku uğrunda matç sentyabrın 24-də Budapeştdə təşkil ediləcək. Bu qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında təsdiqlənəcəyi bildirilib.