Tennis həvəskarları “US Open”i səbirsizliklə gözləsə də, raketka ustaları bu turnirdə oynamağa hazır deyil.Səbəbi də budur ki, təşkilatçar onların qarşısına olduqca kəskin tələblər qoyub.

Yaxın günlərdə Birləşmiş Ştatların tennis üzrə açıq çempionatının tarixi elan ediləcək. Bu barədə nüfuzlu “Forbes” nəşri məlumat yayıb. Bunun üçün ATP və WTA rəhbərliyi mövsümün bərpası ilə bağlı planı açıqlamalıdır. Ehtimallara əsasən, “US Open” avqustun 31-də başlanmalı və əvvəlki kimi Nyu-Yorkda keçirilməlidir. Maraqlıdır ki, təşkilatçıların turniri keçirmək istəyi müqabilində tennisçilərin əksəriyyəti yarışda iştirak etməyin əleyihinədir. Ona görə ki, ABŞ Tennis Assosasiyası iştirakçılar qarşısında sərt tələblər qoyub. Tennisçillərin fikrincə, qoyulan məhdudiyyətlər onların normal çıxış etməsinə mane olacaq. Amerikalı jurnalist Denni Muçenin sözlərinə görə, ATP tennisçilərinin 70 faizi bu şərtlər üzrə mübarizə aparmağa hazır deyil. Hətta dünya tennisinin liderləri Novak Cokoviçlə Rafael Nadal da belə şərtlər altında “US Open”də iştirak etməyin mənasız olduğunu söyləmişdi. Əlavə edək ki, “Forbes” nəşri turnirə jurnalistlərin buraxılmayacağını da yazıb. Amma hələ ki, təşkilat komitəsi bu məlumatı təsdiqləməyib.