İtaliyanın “Milan” və İspaniyanın “Barselona” klubu “Ximki”nin lideri Aleksey Şvedi transfer etmək istəyir.

Rusiya mətbuatının məlumatına görə, onun xidmətində bəzi Çin klubları da maraqlıdır. Şvedin Moskvaətrafı şəhərciyin komandası ilə müqavilə müddəti bu yay başa çatır. Azad agent statusu əldə edəcək bu oyunçunun bir müddət “Zenit”ə keçəcəyi ilə bağlı söhbətlər dolaşsa da, onun agenti Obrad Fimiç yenidən MBA variantının yaranacağını da istisna etməmişdi.

Xatırladaq ki, Avroliqada mövsüm dayandırılana qədər Şved müntəzəm çempionatda hər oyuna orta hesabla 21,4 xal, 2,7 ribaund və 6,2 məhsuldar ötürmə ilə yadda qalmışdı.