"Neftçi" daha bir futbolçu ilə bağlı qərarını verib. Söhət Namiq Ələkbərovdan gedir.
Belə ki, müqaviləsi başa çatmaqda olan futbolçuya yeni müqavilə təklif olunub. Mövsüm başa çatandan sonra millimizin üzvü ilə rəsmi müqavilə imzalanacaq. Xatırladaq ki, Namiq Ələsgərov 2017-ci ildən paytaxt klubunun şərəfini qoruyur. O buna qədər "Bakı", "Qarabağ" və "Kəpəz"in heyətində də meydana çıxıb.