Koronovirus pandemiyasına görə təxirə salınmış Azərbaycan çempionatının qalan turlarına hazırlaşan klublarımız yoxlama oyunlarına başlayıblar.
İlk belə oyun “Sabah”la “Qarabağ” arasında olub. Masazır qəsəbəsindəki stadionda keçirilən görüşdə Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib. Qolların 2-sini Mahir Emreli, həmçinin Xayme Romero, Filip Ozobiç və Ovusu Kvabena burublar.
Oyundan sonra hər iki komandanın məşqçisi mediaya açıqlama veriblər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan daha çox futgbolçularının hansı durumda olmalarını görmək üçün görüşün əhəmiyyətini qeyd edib. O, həmçinin həftəsonu tətbiq olunacaq sərt karantin rejimi ilə əlaqədar komandanın Qəbələyə toplanışa gedib-getməyəcəyi haqqında da danışıb: “3 aya yaxındı, böyük futboldan uzaq idik. Futbolçular hədddən artıq istəkli idi. Səhvlər də çox oldu. Ancaq bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində, daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. 3 günlük karantinə görə “Qəbələ”yə getmək fikri yaranmışdı. Ümid edirəm ki, bizim hazırlıq planımıza görə ora getmək lazım olmayacaq”.
“Sabah”ın baş məşqçisi Jelko Sopiç isə “Qarabağ”ın üstün oynadığını deməklə oyunda ciddi zədələnən olmadığına görə sevindiyini dilə gətirib”: “Rəqib bizdən üstün oynadı. Məni sevindirən odu ki, hər iki komandada zədələnən olmadı. Bu oyuna baxıb, nəticə çıxaracağıq”.