“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir karyerasını harada davam etdirəcəyini qətiləşdirib.

Müqavilə müddəti iyunun sonuna qədər olan fransalı futbolçu Ağdam klubunda qalmaq qərarına gəlib. Fransa və Türkiyənin aşağı liqa təmsilçilərindən təklif alan 29 yaşlı hücumameyilli oyunçunun Azərbaycan klubu ilə danışıqları müsbət yekunlaşıb.