«Keşlə» daha bir legioneri ilə vidalaşa bilər.
Lorenso Frutos və Franko Floresdən sonra Aleksandr Kristovao da paytaxt klubundan ayrılmaq istədiyini bildirib. Bu ilin əvvəlində Azərbaycana gələn anqolalı hücumçunun 5 aylıq müqavilə müddəti bitmək üzrədir. «Keşlə» rəhbərliyi isə afrikalı forvarda yeni müqavilə təklif etməyib. Qeyd edək ki, 26 yaşlı futbolçu karyerasına Niderlandda - “Qroningen”də başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanda “Al-Mojzel” olub.