Nik Kalates növbəti mövsümdə karyerasını “Barselona”da davam etdirəcək.

Yunanıstan mətbuatının məlumatına görə, “Panatinaikos”un oyun qurucusu Kataloniya klubu ilə 5,5 milyon avro qarşılığında 3 illik müqavilə şərtlərinə razılaşıb. Kalates daha 1 il Afina klubunda qalmağa borclu olsa da, maliyyə böhranı nəticəsində yunanlar sözləşməyə xitam verməli olub.

Xəbərdə həmçinin bildirilir ki, büdcəsi azaldılan “Panatinaikos”da analoji halın davam edəcəyi ehtimalı böyükdür.