1996-cı ildə Formula 1–in çempionu olan Deymon Hill bu fikirdədir ki, Valtteri Bottas “Mersedes”ə layiq pilot deyil.
Britaniyalı sabiq sürücünün fikrincə, finlandiyalı idmançı bu komandada uğur qazanmayacaq: “Messi ilə Ronaldo aldıqları pula layiq futbol oynayırlarmı? Azarkeşlərin çoxu bu suala “hə” cavabı verəcək. Hazırda “Mersedes”in əsas fiquru da elə Lüis Hemiltondur. Komandanın strategiyasını məhz o müəyyənləşdirir. Lüis layiq olduğu pulu da qazanır. Məsələn, Valtteri Bottasla “Mersedes”in dominantlıq edəcəyini düşünmürəm. Hemiltonun dəyəri də bundadır”.