“Real”ın komandasının üzvləri  məşqləri bərpa edib.

Karantin qaydalarına riayət edən basketbolçular  bazaya toplaşaraq qruplara bölünüb və müəyyən təmrinləri yerinə yetirib. Qeyd edək ki, koronavirus basketbol klubları arasında ən çox “Real”a zərbə vurmuşdu. Avropada virusa yoluxan ilk basketbolçu Madrid klubunun üzvü Trey Tompkins olmuşdu. 

Xatırladaq ki, İspaniya Basketbol Federasiyası gələn aydan çempionatı bərpa etməyə hazırlaşır. Bu barədə mayın sonunda qərar qəbul ediləcək.