“Real”ın bütün işçiləri və futbolçular koronavirus testindən keçiblər. Nəticələr hamısı mənfi çıxıb. Bundan sonra komanda rəhbərliyi məşqə başlamağı qərara alıb. “Kral Klubu”nun rəsmi saytında bildirilib ki, hazırlıq prosesi mayın 11-də səhər saatlarında bərpa olunacaq. Bundan əvvəl mətbuat konafransının keçirilməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, ispaniyada bütün futbol komandaları məşqləri martın 12-dən dayandırmışdı. Madrid təmsilçisi məşqlərə itki ilə başlayacaq. Belə ki, komandanın gənc hücümçusu Luka Yoviç evdə fərdi qaydada məqş edərkən ciddi zədələnib. Onun azı 2 ay müalicə olunacağı deyilir. Serbiyalı forvard onsuzda heyətə düşməkyə çətinlik çəkirdi. 22 yaşlı futbolçu bu mövsüm La liqada cəmi 2 qol vurub. Qeyd edək ki, Milan başda olmaqla bəzi komandalar Yoviçi transfer etmək istəsələr də, Realın rəhbərliyi gənc futbolçunu heyətdə saxlamaq niyyətindədir.
Xatırladaq ki, o,kral klubuna ötən yay Frankfurtun “Ayntraxt” komandasından 60 milyon avroya transfer edilib.