İstanbulun “Başakşəhər” klubu 36 yaşlı hücumçu Robinyo ilə yolları ayırmaq niyyətindədir.

Mövsümün sonunda müqavilə müddəti başa çatan futbolçu ilə doğma ölkəsinin “Santos” komandası maraqlanır. Hətta klubun prezidenti Jose Karlos Peresin Braziliya mətbuatında maraqlı açıqlamaları gündəm mövzusuna çevrilib. Klub prezidentini dinləyək: “Mənim fikrimcə, Robinyonun yaşı ötsə də, hazırlıq səviyyəsinə görə, o, istənilən komandaya uyğunlaşa bilər. Futbolçu ilə danışıqlarımız davam edir. Demək olar ki, razılaşmışıq. Robinyonun komandaya qayıtması həm klubumuz, həm də azarkeşlərimiz üçün sevindirici olacaq.”

Qeyd edək ki, Robinyo bundan əvvəl müxtəlif mövsümlərdə “Santos”un heyətində çıxış edib. Təcrübəli hücumçu “Başakşəhər”ə ötən il “Sivasspor”dan transfer olunub.