Milli komandamızın hücumçusu İngiltərənin “Vulverhempton” klubunun üzvü Renat Dadaşov komandasını tərk edə bilər.

Əsasən gənclər komandasında çıxış edən gənc forvard çox güman ki, yenidən icarəyə göndəriləcək. Bu barədə “Vulverhempton”un baş məşqçisi Nunu Eşpiritu Santu qərar verib. Hətta millimizin üzvünün növbəti mövsümü harada keçirəcəyi də məlumdur. Bu aşağı liqada oynayan “Donkaster Rovers” və ya “Roçdeyl” klublarından biri olacaq.