Cari mövsüm uğursuz nəticələrlə diqqət çəkən “Sabah” daha 2 futbolçusu ilə bağlı qərar verib.

Marko Deviçlə yollarını ayıran Bakı klubu müqavilə müddəti başa çatmaqda olan digər 2 əcnəbi futbolçusunu saxlamaq niyyətindədir. Söhbət qapıçı Saşa Stamenkoviç və hücumçu Xulio Sezar Rodrigesdən gedir. Hər iki oyunçunun oyunu baş məşqçi Jelko Sopiçi qane etdiyindən rəhbərlik onların hər ikisi ilə 1 illik müqavilə imzalayacaq. Qeyd edək ki, Saşa Stamenkoviç bu mövsüm “Sabah”ın heyətində 17 matçda 21 qol buraxıb, Xulio Sezar Rodriges isə 6 görüşdə iştirak edib.