“Beşiktaş” və “Fənərbağça”nın ardınca “Qalatasaray”da məşqlərə başlayıb.

Yerli mətbuatın  verdiyi xəbərə görə, Fatih Terimin tələbilə  nə vaxtdan  bəri  təxirə salınan təlim-məşq toplanışını  elə baş məşqçinin öz təşəbbüsü ilə bərpa etmək üçün hazırlıq işləri görülür. Bundan 2 gün əvvəl heyətin bütün üzvlərinin  koronavirus testindən keçdiyi də  açıqlanıb.

Yeri gəlmişkən, “Beşiktaş”ın legioner futbolçuları karantinə alınıb. Martın 19-da Superliqa dayandırılandan sonra “ağ-qaralar”ın xarici oyunçuları vətənlərinə qayıtmışdı. Bu günlərdə məşqləri bərpa edən  “qara qartal”  öz futbolçularını geri çağırır. Legionerlərdən Viktor Ruiz, Cermeyn Lens, Adem Lyayiç, Kevin-Prins Boatenq və Kevin Enkudu İstanbula gələndən sonra  karantinə  alınıblar. Rəsmi sosial şəbəkələrdə  Türkiyə Gənclər və İdman Nazirliyindən bildiriblər ki,  formada qalmaq üçün futbolçular  bütün lazımi avandanlıqla təmin edilib.