"Beşiktaş"ın almaniyalı qapıçısı Loris Karius klubdan gedib.

Səbəb kimi futbolçunun maaşının vaxtında və tam həcmdə verilməməsi göstərilir. 26 yaşlı qolkiper bundan əvvəl komandadan FİFA-ya şikayət məktubu göndərmişdi. Ali qurum onun müraciətiylə bağlı danışıqların başlanmasını bildirmişdi.Müəyyən araşdırmalardan sonra Loris Karius və "Beşiktaş" rəhbərliyi qarşılıqlı razılma əsasında yollarını ayırıblar. Qeyd edək ki, Kariusun transferi "Liverpul" klubuna məxsusdur. İstanbulda icarə əsasında çıxış edən qapıçı yenidən İngiltərəyə dönəcəyini bildirib.

Əlavə edək ki, mersisaydlıların heyətində oynayarkən kobud səhvlərilə dəfələrlə gündəmə gələn Loris eyni xətalara "Beşiktaş"da da yol verir, acınacaqlı toplar buraxırdı. Buna görə o, baş məşqçi Sərgən Yalçının mənfi rəyini qazanmışdı.