Bu mövsüm İngiltərə Premyer Liqasında rekordları yeniləyərək azakeşlərin diqqətini cəlb edən “Liverpul” yeni mövsüm üçün heyətini bir qədər də gücləndirməyə çalışır. Son xəbərlərdə komandanın mərkəz müdafiəçsi və hücümçu transfer etmək niyyətində olduğu bildirilir.
“Napoli”nin müdafiəçisi və Seneqal millisinin üzvü Kalidu Kulibali Avropa nəhənglərinin diqqət mərkəzindədir. Onunla maraqlanan klublar arasında “Liverpul”un favorit olduğu deyilir. Mersisaydlılar onun keçidinə görə Deyan Lovreni də əks tərəfə göndərə bilərlər. “Liverpul”un funksionerləri arxa xətdə Vircil Van Daykla tandem yaratmaq üçün güclü mərkəz müdafiəçisi kimi məhz Kulibalini görürlər. Qeyd edək ki, onu həmçinin “Mançester Yunyted”, “Real” və PSJ də gözaltı edib. 28 yaşlı futbolçunun transfer qiymətinin 89 milyon funt-sterlinq olduğu deyilir.
Yeri gəlmişkən, Liverpul bundesliqanın “Leyptsiq” klubunun hücümusu Timo Vernerlə də ciddi maraqlanır. Beynəlxalq medianın yazdığına görə, ingilislər almaniyalı forvarda ilinə 10 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edir. Vernerin transferinin daha çox “Liverpul”un baş məşqçisi Yürgen Kloppun istəyi olduğu bildirilir. Qeyd edək ki, Timo Verner bu mövsüm bundesliqada 25 oyuna 21 qol və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.