“Real”da heyətə düşməyə çətinlik çəkən Luka Yoviçin müştəriləri artmaqdadır.
Gənc hücümçuya “Milan” klubu da göz qoyub. “Rossonyerilər” 22 yaşlı forvardın keçidini 35 milyon avroya həll etmək istəyir. Xatırladaq ki, vaxtilə “Ayntraxt”ın heyətində hücum xəttində Yoviçlə tandem təşkil edən Ante Rebiç məhz Milanda çıxış edir.
Ötən yay Frankfurt klubundan “Real”a 60 milyon avroya transfer edilən serbiyalı hücümçu La lİqada 15 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənə bilib.