“Qarabağ”ın qapıçısı Vaqner da Silva komandanı tərk edə bilər.

Onunla Kiprin “Apollon” və APOEL klubları maraqlanır. Bildirilir ki, hətta bu klublardan biri onunla ilkin danışıqlara da başlayıb. Braziliyalı qolkiperi isə bir çox klublardan təklif aldığını təsdiqləyib: “APOEL məni sıralarında görmək istəyir. Artıq mənə müraciət də ediblər. Hazırda danışıqların başlanğıc mərhələsindəyik. Bundan başqa, Yunanıstanın “Panatinaikos” klubu da mənimlə müqavilə bağlamaq istəyir. Ad çəkmək istəmirəm, Braziliya və Portuqaliyanın bəzi klublarından da təklif almışam. Hazırda isə yeni mövsüm barədə yox, koronavirusla bağlı vəziyyətdən nə vaxt çıxacağımızı düşünürəm”.

Qeyd edək ki, Vaqnerin “Qarabağ”la müqaviləsi bu yay başa çatır.