Gələn ildən Dakar rallisində klassik komandalar da yarışa biləcək.
Bu barədə turnirin direktoru David Kastera məlumat yayıb. O, bildirib ki, “Dakar klassikası” adlanan marafonda “Porşe 959”, “Sitroen ZX Ralli Reyd” və “Pejo 205/405” komandaları mübarizə aparacaq. Qeyd edək ki, onlar 2000-ci ilə qədər “Dakar” rallisində iştirak etmişdilər. Yarışda təxminən 40 pilotun starta çıxacağı gözlənilir. İlkin variant kimi turnir Səudiyyə Ərəbistanında keçiriləcək.