“Arsenal” hələ də Məsut Özilə yeni müqavilə təklif etməyib.

ESPN-in məlumatında bildirilir ki, London klubunun rəhbərliyi bununla əlaqədar  qərar verməyə tələsmir. Xatırladaq ki, Özilin “topçular”la müqavilə müddəti 2021-ci ilin yayında sona  çatacaq.  Deyilənlərə əsasən , Məsut Özil yaş amilinə görə Mikel Artetanın gələcək planlarına daxil deyil. Hətta  bundestimin sabiq üzvünün satışından “Arsenal”ın qazanc əldə etmək istəyi ilə bağlı xəbərlər  yayılıb. Bunun  üçün isə türkəsilli futbolçu transferə çıxarılmalıdır.

Əlavə edək ki,  Özilin koronavirusa görə məvacibinin azaldılmasına qarşı çıxması da “Arsenal” rəhbərliyini narazı salıb.