“Barselona” basketbol klubu oyunçularının sayını azaldacaq.

İspaniya mətbuatı yazır ki, növbəti mövsümdə heyətin 2 üzvü siyahıdan çıxarılacaq. Bu yolla klub rəhbərliyi maliyyə problemlərinə görə büdcəyə qənaət etmək istəyir. Beləliklə, kataloniyalılar çıxış edəcəkləri yarışlarda 13 basketbolçu ilə mübarizə aparacaqlar.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatı “Barsa”nın milli çempionatdan imtina etmək niyyəti ilə bağlı məlumatlar da yaymışdı.