Formula 1-də olduğu kimi MotoGP yarışlarına da yay fəslində start verilə bilər.
Turnirin rəhbəri Karmelo Espeleta mətbuata açıqlamasında iyulun sonuna qədər gözləmək lazım olduğunu söyləyib.O, beynəlxalq təyyarə reyslərinin bərpasından sonra bütün problemlərin həll olunacağına ümidlərini dilə gətirib. Espeletanın sözlərinə görə, mövsüm iyulun sonunda başlansa çempionatı noyabra qədər yekunlaşdırmaq olar. MotoGP rəhbəri ən pis halda ilk yarışın sentyabrda keçiriləcəyini də istisna etməyib.