“Everton” Moyze Kini karantin qaydalarını pozduğuna görə cəzalandıracaq.
Qeyd edək ki, 20 yaşlı hücumçu rəfiqəsini evə dəvət edərək onun üçün ziyafət masası hazırlayıb. İngiltərə mətbuatının məlumatında deyilir ki, buna görə Liverpul klubu Kinin 2 həftəlik məvacibini ödəməyəcək. Bu isə 100 min funt sterlinq deməkdir.
Xatırladaq ki, 2016-cı ildə “Yuventus”da debüt edən Moyze Kin ötən ilin yayında icarə əsasında “Everton”a keçib. İndiki mövsümdə o, Mersisayd klubunun heyətində 22 oyunda 1 qol vurub.