“Barselona” Mark-Andre Ter Ştegenlə danışıqları dayandırıb.

İspaniyanın sport.es portalının məlumatına görə, Kataloniya klubunun rəhbərliyi koronavirusla bağlı vəziyyətə görə belə addım atmağa məcbur olub. Amma tərəflər yeni müqavilə ilə əlaqədar danışıqları gələcəkdə davam etdirməyə razı olublar. Xatırladaq ki, bir müddət əvvəl “Barselona” rəhbərliyi 27 yaşlı qapıçıya yeni müqavilə təklif etsə də, almaniyalı futbolçu məvaciblə bağlı narazılığını bildirmişdi. Belə ki, klub onun illik məvacibinin 6,5 milyon avroya qaldırılacağını bildirsə də, Mark-Andre razılaşmamışdı.

Xatırladaq ki, Ter-Ştegenin “Barselona” ilə müqavilə müddəti 2022-ci ilin iyununda başa çatır. Onunla “Yuventus” və “Bavariya” da maraqlanır.