“Latsio”nun futbolçusu Çiro İmmobile baş məşqçi Unay Emerini tənqid edib.

Hazırkı mövsümdə A seriyasının bombardiri olan hücumçu “Sevilya”da çıxış etdiyi dövrləri yada salarkən ispaniyalı mütəxəssisin fəaliyyətindən narazı qaldığını söyləyib: “Sevilya”da özümü narahat hiss edirdim. Mən çox nadir hallarda meydana çıxırdım. Doğrusu, yanvar ayında klubu tərk etmək istəyirdim. Amma Emeri komandada qalmağı xahiş etdi. Bundan dərhal sonra oyuna çıxdım və iki qol vurdum. Amma növbəti oyunlarda o, məni yenə də ehtiyat oyunçular skamyasında saxladı. Məhz o vaxt başa düşdüm ki, bu adamın futboldan başı çıxmır”. Xatırladaq ki, İmmobile 2015/16 mövsümündə “Sevilya”da keçirdiyi 15 oyunda 4 qol vurub.