Daniel Alveş karyerasını “Boka Xuniors”da bitirmək istəyidiyini söyləyib.

Hazırda “San Paulu”da çıxış edən braziliyalı müdafiəçi Buenos Ayres klubuna rəğbət bəslədiyini etiraf edib: “Karyeramı “Boka”da başa vurmağım əla olardı. Azarkeşlər mənim bu kluba bağlı olduğumu bilir. “Boka Xuniors”a əbəs yerə böyük klub demirlər. Bu komandanın adı çəkiləndə fərqli duyğular keçirirəm. Özümü sanki bu klubun bir parçası hiss edirəm. Eyni sözləri “Barselona”ya da aid edə bilərəm”.