Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq David Silva sabiq komandası “Valensiya”ya qayıda bilər.

ESPN-in məlumatına görə, 34 yaşlı ispaniyalı yarımmüdafiəçi hazırda la liqa təmsilçisi ilə danışıqlar aparır. Sadəcə,pandemiya indiki məqamda prosesi çətinləşdirir. Məsələ ondadır ki, Silva müqavilənin başa çatdığı tarixi yox, mövsümün sonunu gözləməlidir. “Valensiya”nın futbolçuya 3 illik müqavilə təklif etdiyi söylənilir.

Əlavə edək ki, Davidlə “İnter Mayami” və “Yuventus” da maraqlanır.