Ernan Krespo həmyerlisi Lautaro Martinesi “Barselona”ya keçməyə tələsməməyə səsləyib.

Argentina millisinin sabiq hücumçusu “İnter”də Lautaronun hələ daha 3 il oynamalı olduğunu söyləyib: “Fikrimcə, Martines hələ “İnter”də qalmalıdır. İndiki məqamda ona yalnız bunu məsləhət görə bilərəm. Martines “Rasinq”də mükəmməl oyunu ilə seçilirdi. O, “İnter”ə gələndə bir müddət ehtiyat oyunçular skamyasında gözləməli oldu. İkardi PSJ-yə gedəndən sonra isə Lautaro meydana çıxmaq imkanı qazandı. O, hələ “İnter”də ilk mövsümünü keçirir. İndi “Barselona”ya yollanmasına ehtiyac yoxdur. Hələ 3 il də bu komandada qalmalı, daha sonra transferi haqda fikirləşməlidir”.