“Real”ın sabiq prezidenti Ramon Kalderon maraqlı bir tarixi faktın üstünü açıb.

Onun sözlərinə görə, “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson 2009-cu ildə Kriştiano Ronaldunun transferini “Barselona”ya satmaq istəyirmiş: “Mən 2007 və 2008-ci illərdə Ronaldu ilə danışıqlar aparırdım. Amma Mançester klubu ilə razılığa gəlmək çətin idi. Çünki onlar aparıcı oyunçusunu itirmək istəmirdi. Kriştianu özü də “Real”a keçmək arzusundaydı. Portuqaliyalının “Real”a keçidinə Ferqyuson ona görə mane olmaq istəyirdi ki, biz onun komandasından daha çox titul qazanmışıq. O, Ronaldunu “Barselona”ya təklif etmişdi. Katalonlar buna görə çox sevinirdi, amma Kriştianu bizə söz vermişdi. Biz Ronaldu ilə yazılı razılıq əldə etmişdik. O, başqa kluba keçsəydi, bizə 30 milyon avro ödəməli olacaqdı”.