“Liverpul”un baş məşqçisi Yürgen Klopp karantin günlərindən danışıb.

Sən demə, almaniyalı mütəxəssis evdə olduğu müddətdə çox şey öyrənib: “Əlbəttə, evdə qalmaq bəzən darıxdırıcı olur,gərək müəyyən bir məşğuliyyət tapasan. Mən də bu müddət ərzində çox şey öyrənmişəm.Məsələn, hazırda evdə qabyuyan maşının işinə cavabdehəm.İndi bu aparatın sahibi mənəm. Növbəti həftə üçün daha bir planım var. Bəli, mən qalstuk bağlamağı öyrənməliyəm. 52 yaşım olsa da, hələ də qalstuk bağlaya bilmirəm. Düşünürəm ki, bunu öyrənmək üçün bir həftə vaxtım gedəcək. Əllərim bu işdə səriştəsizdir”.