UEFA Çempionlar Liqasının finalını avqustun 29-na təyin etmək niyyətindədir.
Bu barədə İngiltərənin nüfuzlu “Telegraph” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Avropanın ali futbol qurumu ¼ final oyunlarını iyulun 28-i və 29-da keçirmək istəyir. Avroliqanın finalı isə avqustun 26-da ola bilər. Bəli, tarixlərdən də göründüyü kimi, pley-off mərhələsi tək oyundan ibarət olacaq.
Amma UEFA klublara əvvəlcə milli çempionatlarını bitirməyə vaxt verəcək. Məhz yerli liqalar başa çatdıqdan sonra avrokuboklara diqqət ayırmaq olar. Bu da anlaşılandır. Çünki vaxt ötdükcə, virusa yoluxanların sayında azalma müşahidə ediləcək. Həmin vaxta qədər də beynəlxalq aviareyslərin açılması gözlənilir.