“Bayer”in yarımmüdafiəçisi Çarles Arangis mövsümün sonunda “Bavariya”ya keçəcək.
Bu barədə Çili radiosu məlumat yayıb. “Radio Futuro”nun məlumatına görə artıq tərəflər şəxsi müqavilə ilə bağlı razılığa gəlib. Bu keçidə görə isə Münhen klubu leverkuzenlilərə transfer haqqı ödəməyəcək. Belə ki, Arangisin “Bayer”lə müqaviləsi mövsümün sonunda başa çatır.
Xatırladaq ki, 30 yaşlı çilili futbolçu 2015-ci ildə 13 milyon dollara Braziliyanın “İnternasional” klubundan “Bayer”ə keçmişdi.