“Arsenal”ın hücumçusu Aleksandr Lakazett mövsümün sonunda klubdan getmək niyyətindədir.

İngiltərə mətbuatının məlumatına görə, artıq klub rəhbərliyi də fransalı futbolçunun komandadan ayrılmaq istədiyini bilir. İndiki məqamda Lakazettlə “Atletiko” maraqlanır. Belə ki, Madrid klubu Dieqo Kostanın gedişindən sonra məhz Aleksandrı öz heyətinə gətirmək istəyir.

Maraqlıdır ki, Lakazett 2017-ci ildə də “Atletiko”ya keçməyə yaxın idi. Amma FİFA kluba transfer qadağası qoyduğundan bu keçid baş tutmamışdı.