A seriyasında çıxış edən “Parma”nın futbolçuları, məşqçiləri, texniki personalı və idman direktoru bir aylıq məvacibdən imtina edib.
Bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Bəyanatda belə çətin vəziyyətdə “Parma”ya kömək etdiklərinə görə klubun bütün üzvlərinə təşəkkür ünvanlanıb.
Xatırladaq ki, İtaliyanın bir neçə klubunda da oxşar addımlar atılıb. Bir müddət əvvəl, “Yuventus”un futbolçuları iyun ayına qədər maaşlarının bir hissəsindən imtina etmişdi. Amma mövsüm bərpa ediləcəyi tarixdən Turin klubunun oyunçularının əməkhaqqı tam şəkildə ödəniləcək.