Şeyn Larkin “Anadolu Efes”lə müqavilə müddətini yeniləməklə bağlı razılığa gəlib.
Onun şərtlərinə əsasən, 27 yaşlı müdafiəçi İstanbul klubunda daha 2 il çıxış edəcək. Amma MBA klublarından təklif alacağı halda, amerikalı basketbolçu vətəninə azad agent statusu ilə qayıda bilər.
Xatırladaq ki, Larkin Avroliqa dayandırılanda yarışın ən məhsuldar oyunçusu idi. Ötən mövsüm məhz onun liderliyi sayəsində “Anadolu Efes” Avroliqanın finalına yüksələ bilmişdi.