“Hyuston Rokets” basketbol klubunun sahibi Tilman Fertitta böhrana görə bu günə qədər 45 min işçisini ixtisara saldığını söyləyib.

O, 1987, 2000 və 2008-ci illərdə də eyni vəziyyətlə üzləşdiyini etiraf edib. Funksioner bildirib ki, belə bir məqamda ixtisar işçilərin özlərinə xeyirdir. Fertitta pandemiyaya görə, yenə də eyni addımı atmağa məcbur olduğunu söyləyib.

Xatırladaq ki, artıq MBA-da əksər klublar “Hyuston” rəhbərliyi kimi ya əməkdaşlarının müqaviləsini dondurur, ya da onları ixtisara salır.